Şirkətimiz 20 ildən artıqdır ki, ticarət avtomobilləri üçün kuzov istehsalı, soyuducu sistemlərin quraşdırılması və təmiri sahəsində fəaliyyət göstərir. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan şirkətimiz, yüksək keyfiyyətli materiallardan istifadə edərək istehsal olunan kuzovlara və göstərilən bütün xidmətlərə zəmanət verir. İstehsal prosesində istifadə olunan xammallar Rusiya və Türkiyə istehsalı olmaqla yanaşı, beynəlxalq standartlara cavab verdiklərini təsdiqləyən sertifikatlarla təmin olunmuşdur. Şirkətimizin digər istehsalçılardan əsas fərqi isə Azərbaycanda kuzov istehsalı prosesində izolyasiya materialı kimi yüksək keyfiyyətli və sıxlıqlı poliuretan köpükdən istifadə edən ilk və yeganə şirkət olmasıdır. Poliuretan köpüklə izolyasiya olunan kuzovlar məhsullarınızın daha uzun müddətli və keyfiyyətli şəkildə daşınmasının təminatçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın qida və daşınma sahəsinin nəhəngləri ilə uzunmüddətli qarşılıqlı əməkdaşlığımız mövcuddur.
Bizimlə işləyin, vaxtınıza və yükünüzə dəyər verin!
FibroTruck olaraq məqsədimiz yük avtomobilləri üçün yüksək keyfiyyətli kuzov və soyuducu sistemləri quraşdıraraq, daşıma sektorunda etibarlı və uzunömürlü həllər təqdim etməkdir. Biz hər bir müştərinin ehtiyacına uyğun fərdi yanaşma tətbiq edir, texnoloji yenilikləri izləyərək məhsullarımızda davamlı inkişafı təmin edirik.
FibroTruck, innovativ texnologiyalar və ixtisaslaşmış kadr potensialı ilə kuzov və soyuducu sistemləri sahəsində dayanıqlı və keyfiyyətli həllər təqdim etməyi qarşısına məqsəd qoyur.