İşlərimiz

1 Avqust 2025
İşlərimiz

Şirkətimiz 20 ildən artıqdır ki, ticarət avtomobilləri üçün kuzov istehsalı, soyuducu sistemlərin quraşdırılması və təmiri sahəsində fəaliyyət göstərir. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan şirkətimiz, yüksək keyfiyyətli materiallardan istifadə edərək istehsal olunan kuzovlara və göstərilən bütün xidmətlərə zəmanət verir. İstehsal prosesində istifadə olunan xammallar Rusiya və Türkiyə istehsalı olmaqla yanaşı, beynəlxalq standartlara cavab verdiklərini təsdiqləyən sertifikatlarla təmin olunmuşdur. Şirkətimizin digər istehsalçılardan əsas fərqi isə Azərbaycanda kuzov istehsalı prosesində izolyasiya materialı kimi yüksək keyfiyyətli və sıxlıqlı poliuretan köpükdən istifadə edən ilk və yeganə şirkət olmasıdır. Poliuretan köpüklə izolyasiya olunan kuzovlar məhsullarınızın daha uzun müddətli və keyfiyyətli şəkildə daşınmasının təminatçısıdır. Təsadüfi deyil ki, Azərbaycanın qida və daşınma sahəsinin nəhəngləri ilə uzunmüddətli qarşılıqlı əməkdaşlığımız mövcuddur.

WhatsApp