Ərzaq, sənaye malları və müxtəlif təyinatlı yüklərin açıq havada daşınması üçün ideal həll yoludur. Bortlu kuzovun üzərinə çəkilən suya və günəşə davamlı tent örtüyü yükü yağışdan, tozdan və digər xarici təsirlərdən qoruyur. Tent sistemi asanlıqla açılıb-bağlanır və bu da yükləmə-boşaltma prosesini operativ şəkildə həyata keçirməyə imkan verir. Kuzovun möhkəm metal karkası və keyfiyyətli tent materialı uzunmüddətli və etibarlı istismarı təmin edir.