İçməli və texniki suyun daşınması üçün nəzərdə tutulur. Çənlər korroziyaya davamlı materialdan istehsal olunur və daxili təbəqəsi suyun keyfiyyətini qorumaq məqsədilə xüsusi örtüklə izolyasiya edilir. Sızdırmazlıq sistemi və rahat boşaltma mexanizmi sayəsində suyun təhlükəsiz şəkildə ünvana çatdırılması təmin olunur.