Fərqli ölçülü yüklərin, inşaat materiallarının, kənd təsərrüfatı məhsullarının və digər iri həcmli malların daşınması üçün nəzərdə tutulur. Kuzovun yan bortları açılıb-bağlanma funksiyasına malikdir, bu da yükləmə və boşaltma prosesini xeyli asanlaşdırır. Dayanıqlı metal konstruksiya ağır şəraitdə belə uzunmüddətli istismarı təmin edir. İstehsalatda istifadə olunan örtük materialı kuzovu korroziyadan qoruyur və ona estetik görünüş verir.