Müxtəlif növ yanacaq və maye neft məhsullarının təhlükəsiz və sızmasız şəkildə daşınması üçün nəzərdə tutulur. Tankerlərimiz yüksək keyfiyyətli polad materialdan hazırlanır və xüsusi daxili örtük texnologiyası ilə təchiz olunur. Bu, yanacağın kimyəvi xüsusiyyətlərini qorumaqla yanaşı, istismar müddətini də artırır. Tankerlər həmçinin müasir təhlükəsizlik sistemləri ilə təchiz olunaraq yanğından mühafizə tələblərinə tam cavab verir.