Səbət Kran

KOD: 0012

Yüksək məsafədə görülən montaj, texniki xidmət və təmir işləri üçün nəzərdə tutulmuşdur. Səbətli kran qurğusu elektrik xətləri, işıqlandırma dirəkləri, fasad təmiri və digər yüksəklik tələb edən işlərdə təhlükəsiz və funksional həll təqdim edir. Platforma hissəsi operatorun rahat işləməsi üçün qoruyucu səbətlə təchiz olunub və istəyə uyğun olaraq döndürülə və hündürlüyü tənzimlənə bilər. Kranın idarəetmə sistemi həm səbətdən, həm də kuzovdan idarə edilə bilir, bu isə istismarda çevikliyi və təhlükəsizliyi artırır. Qurğu güclü və dayanıqlı materiallardan hazırlanaraq sərt iş şəraitinə tam uyğundur.




WhatsApp