Hər il ənənəvi olaraq Ramazan ayında təşkil olunan “Sahibkarlarla iftar süfrəsi” bu il də baş tutub.
17 mart tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə “Fairmont Baku”da baş tutan tədbir dövlət qurumları və biznes assosiasiyaların nümayəndələri olmaqla 500-dən çox sahibkarı bir araya gətirib.
“Sahibkarlarla iftar süfrəsi” tədbirinin təşkil olunmasında dəstək göstərən “Fibrotruck”, “Crystal Group of Companies”, ” Veyseloglu Şirkətlər Qrupu” və şirkətləri plaketlə təltif olunub.
Görüş səmimi mühitdə keçərək, iştirakçılar arasında tərəfdaşlıqların qurulmasına və netvörkinq əlaqələrinin genişləndirilməsinə vasitəçi olub. Eyni zamanda, tədbir iştirakçıları dövlət qurumlarının nümayəndələri ilə fikir mübadiləsi aparmaq və birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər.